Ölkə 22:23 17.09.2020

DİM: Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir

Plan yerlərinə əvvəlcə abituriyentlər, sonra subbakalavrlar yerləşdirilir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, sənəd qəbulu zamanı V ixtisas qrupuna sənəd verməyən abituriyentlər ixtisas seçimi zamanı V qrup üzrə olan ixtisasları seçə bilməzlər:

"Subbakalavrların yerləşdirilməsi qaydasına əsasən, plan yerlərinə əvvəlcə abituriyentlər yerləşdirilir. Daha sonra subbakalavr arasında keçirilən müsabiqə əsasında onlar müvəffəqiyyət göstəricilərinə görə plan yerlərinə yerləşdirilirlər".