Ölkə 17:04 09.08.2019

DİN-dən açıqlama: "Bandotdel" Bakıda əməliyyat keçirdi

Bakıda Saatlı rayon sakinindən külli miqdarda narkotik götürülüb.

Qaynarinfo Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş A.Xəlilovun kirayədə yaşadığı, Xəzər rayonu Albalılıq bağlar sahəsindəki evə baxış zamanı 13 kiloqram 50 qram marixuana aşkar edilərək götürülüb.

Baş İdarə tərəfindən həyata keçirilmiş daha bir uğurlu əməliyyat tədbiri nəticəsində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yaşayan Ə.Babayevin evinə baxış zamanı 61,476 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilib.

Araşdırmalar davam etdirilir.