DİN məzun gecəsində bıçaqlanan qızla bağlı məlumat yaydı

DİN məzun gecəsində bıçaqlanan qızla bağlı məlumat yaydı

Sabirabad rayonunda məzun gecəsi şənliyində 17 yaşlı qız bıçaqlanıb.

DİN Mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, dünən rayonun Surra kəndində yerləşən "Ana Kür” restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.

Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Xatırladaq ki, iyunun 16-da Ağstafa rayonunun Muğanlı kəndində "Son zəng"dən sonra məzunlar arasında bıçaqlanma hadisəsi baş verib. 17 yaşlı Zeynallı Orxan Mirtalıb oğlu üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı, sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb. 

X
XƏBƏRLƏR
BLOGLAR