Xəbər lenti

Diplomatların Bakı müzakirəsi
Ölkə 22:06 16.07.2019

Diplomatların Bakı müzakirəsi

15-16 iyul tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə çərçivəsində regional və tematik mövzular üzrə seminar müzakirələr keçirilib.

Qaynarinfo xəbər verir ki,  tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xarici İşlər nazirinin müavinləri Xələf Xələfov, Ramiz Həsənov, Mahmud Məmməd-Quıiyev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərləri, eləcə də XİN-in digər rəsmiləri iştirak ediblər.

Müzakirələr zamanı xarici siyasətimizin müxtəlif aspektləri və üzləşdiyi çağırışlar barəsində geniş fikir mübadiləsi aparılıb. Xarici siyasət sahəsində işin səmərəliliyinin artırılması və əlaqələndirmənin gücləndirilməsi məqsədilə tövsiyələr hazırlanıb.

Eyni zamanda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonda bu tədbirin keçirilməsinə görə iştirakçılar tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə və onun rəhbərinə təşəkkür ifadə edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->