Diqqət! Azərbaycanda virus mənşəli xəstəlik yayılır (VİDEO)
Öskürək, yüksək hərarət... Bunlar qripin əlamətlərinə bənzəsə də, əslində başqa bir xəstəlikdən xəbər verir. Ölkədə qripəbənzər viruslar peyda olub. Bu xəstəliklər hansı fəsadlara yol aça bilər və bundan qorunmaq üçün nələrə diqqət etməliyik?
Azərbaycanda oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından 63 şübhəli yaxma nümunəsi daxil olub.
Qaynarinfo-nun xəbərinə görə, bunu stansiyanın direktor müavini Rita İsmayılova Xəzər TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib. Sadəcə qripəbənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adenovirus aşkar olunub.
Rita İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb. Bu viruslara yoluxmamaq üçün isə bir neçə nüansa fikir vermək kifayət edir.
Direktor müavini həmçinin qeyd edib ki, bu viruslar daha çox payız və qış mövsümlərdə peyda olur və vaxtında müalicə olunmadıqda fəsadlar verir
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər