Xəbər lenti

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir
Ölkə 10:09 15.12.2017

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Ödənilməmiş cəriməsi olan sürücülər cəriməni ödəməyənədək, avtomobilini qeydiyyatdan keçirə, sürücülük vəsiqəsini dəyişə bilməyəcək.

Qaynarinfo xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu gün "Yol hərəkəti haqqında" Qanuna ediləcək dəyişikliklərlə bağlı danışarkən deyib.

Ə.Hüseynov bildirib ki, problem yaşamamaq üçün sürücülər bundan sonra daha diqqətli olmalıdır:

"Dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan, addan-ada, texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən adamın yol hərəkəti qaydalarını pozmasına görə qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, həmin hərəkətlər edilməyəcək. Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanların avtomobilinin qeydiyyatından imtina ediləcək. Həmçinin texniki baxış talonu verilməyəcək və sürücülük vəsiqəsi dəyişdirilməyəcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->