Xəbər lenti

Direktor:
Ölkə 19:52 11.10.2019

Direktor: "Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb"

Xəzər dənizində kilkə və nərə balıqlarının sayı azalıb.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Nərə cinsli balıqların kilkə balıqlarla qidalandığını xatırladan H.Əlizadə bildirib ki, son illərdə Xəzər dənizində "Mne obsis ledi" adlı həşərat əmələ gəlib: "Həmin həşəratlar kilkə balıqlarını məhv edir. Kilkə balıqlarının məhv edilməsi də nərə balıqlarının qidalanmasının azalmasıdır. Nəticədə nərə balıqları qidalana bilmirsə, bu balıq ehtiyatı azalır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->