Diyetoloq pəhriz və ağır məşq etmədən arıqlamağın yolunu açıqladı

Diyetoloq pəhriz və ağır məşq etmədən arıqlamağın yolunu açıqladı

Diyetoloq Tamila Arsenyeva sərt pəhrizlər və yorucu məşqlər olmadan təsirli şəkildə arıqlamağın yolundan danışıb. 

Qaynarinfo xəbər verir ki, o, uğurun açarının fasiləli yeməklərdə olduğunu qeyd edib, yəni gündə beş dəfə, ancaq az-az yemək lazımdır.

Pəhrizdə liflə zəngin qidalar olmalıdır, çünki bu, bağırsaqlara faydalı təsir göstərməklə yanaşı, aclığı da aradan qaldırır.

Həmçinin proteinlə zəngin qidalar, yarpaqlı tərəvəzlər, müxtəlif göylər, həmçinin meyvə və giləmeyvə yemək vacibdir. Bundan əlavə, qəhvə, şəkər, spirt və qazlı içkilərin istifadəsini məhdudlaşdırmaq lazımdır. Bunu etsəniz, bir ayda beş kiloqrama qədər arıqlaya bilərsiniz.

Düzgün maye qəbulu rejiminə riayət etmək çox vacibdir. "Şirin içkilərdən deyil, maddələr mübadiləsini yüzdə 20-yə qədər sürətləndirən sadə sudan istifadə etməlisiniz", - deyib.

İdmanın köməyi ilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar - hər hansı bir fiziki fəaliyyət, hətta gəzinti belə olar. Stress bizdən asılı olan şey deyil, qarşısını almaq olmaz, ancaq belə anlarda maraqlı bir məşğuliyyət tapmalısınız - fitnes, dostlarla söhbət, qiraət və s.

Alpər
X
XƏBƏRLƏR
BLOGLAR