Bu gün Milli Məclisin plenar iclasında Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
Qaynarinfo xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev Novruz Məmmədova təbrik məktubu ünvanlayıb.
"Rusiya və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və xoş qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bağlayır.
Əminəm ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqro-sənaye, həmçinin yüksək texnologiya, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam cavab verəcək", - deyə təbrik məktubunda deyilir.
Şərhlər