İdman 19:06 06.11.2019

Dmitri Nazarovun komandası başsız qaldı

Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın "Ertsgebirge” komandası baş məşqçisiz qalıb.
 
Qaynarinfo xəbər verir ki, komanda baş məşqçisi Daniel Meyeri ilə yolları ayırıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 

Aue təmsilçisin 40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.

Qeyd edək ki, Daniel Meyer 2018-ci ilin iyunundan "Ertsgebirge”yə rəhbərlik edir. Komanda hazırda Almaniyanın II Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb.