Xəbər lenti

DMX-nin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişdi
Ölkə 22:04 03.08.2020

DMX-nin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişdi

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib. 

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. 

F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Qeyd edək ki, generalın ölümü barədə ilk məlumatı gununsesi.info yayıb. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->