Dünya 11:56 28.05.2020

Doktor Myasnikov: “Covid-19 qanımızı əmdi və cəhənnəm oldu...”

Koronavirus insan qanını əmən həşarat kimidir.

Qaynarinfo xəbər verir ki, bu sözləri məşhur televiziya aparıcısı və 71 nömrəli Moskva Şəhər Klinik Xəstəxanasının baş həkimi Aleksandr Myasnikov deyib.

Onun fikrincə, yayılan COVID-19 yayılaraq, bir növ insan immunitetindən "süzülür" və nəticədə "əvvəlki gücünü itirir". "İnsanlar nə qədər çox yoluxursa, viruslar bir o qədər tez gücünü, yoluxma və öldürmə qabiliyyətini itirir", - deyə Koronavirusun monitorinqi məlumat mərkəzinin rəhbəri olan doktor Myasnikov Telegram kanalında yazıb.

Doktor həmçinin karantin tədbirlərinə ehtiyac olduğunu vurğulayıb: bunlar infeksiyanın yayılması prosesini "uzatmaq" və "uçuş əyrisini daha yumşaq" etmək üçün lazımdır. Doktor Myasnikov koronavirus epidemiyasının Rusiyada tənəzzülə uğradığını bildirib: "Budur, canını tapşırdı. Virus qanımızı əmdi və nəhayət cəhənnəm oldu".

Bundan əvvəl teleaparıcı pandemiya ətrafında çaxnaşma yarndığnı demişdi: "kimin alnına ölmək yazılıbsa, öləcək".

Alpər