Xəbər lenti

Dollar 4 lirəni ötdü: manatın aqibəti necə olacaq? (ŞƏRH)
Ekonomiks 16:30 28.03.2018

Dollar 4 lirəni ötdü: manatın aqibəti necə olacaq? (ŞƏRH)

Türkiyədə dolların məzənnəsi 4 lirəni ötüb. Bu da qlobal valyuta bazarlarında Amerika valyutasının bahalaşması ilə əlaqədardır. Dolların dünyada və Azərbaycanın geniş ticarət əlaqələri olan Türkiyədə bahalaşması manata hansı təsiri göstərə bilər?
 
Bununla bağlı Qayanrinfo-ya açıqlama verən iqtisadçı Fuad İbrahimov türk lirəsinin şəffaf üzən məzənnə rejimində olduğu üçün dollara qarşı bu qədər həssas reaksiya verdiyini bildirib və manatla bağlı hazırda elə də ciddi bir təhlükənin olmadığını diqqətə çatdırıb:

"Hazırda dünya maliyyə bazarlarında dolların digər dönərli valyutalara qarşı möhkəmlənməsi prosesi gedir, o cümlədən dönərli olmayan valyutalara qarşı da. Bunların sırasında türk lirəsi də var. Türk lirəsi şəffaf şəkildə üzən məzənnə rejimində olduğundan dollara qarşı belə həssas reaksiya verir. O ki qaldı Azərbaycan manatının vəziyyətinə, sözün açığı manatla bağlı elə də bir təhlükə yoxdur. Bildiyiniz kimi, manatın tam üzən məzənnə rejimində olduğu bəyan olunsa dir, amma bu, belə deyil. Daha çox manatın məzənnəsinin tənzimlənməsində administrativ üsullardan istifadə olunur, yəni belə desək manat inzibati edilsə də, Mərkəzi Bank tərəfindən tənzimlənir. Əslində təzyiq var, amma bu üsuldan istifadə etdikdə o təzyiqlərdən müəyyən qədər qurtulmuş oluruq. Eyni zamanda neftin hazırkı qiymətini, bununla da idxal-ixrac əməliyyatlarımız arasında stabilliyi nəzərə alsaq, hazırda manata güclü təzyiqin olmadığını deyə bilərik. Bu səbəbdən düşünürəm ki, avqust ayınadək kəskin ucuzlaşma gözlənilmir. Lakin fos-major hal baş versə, yəni neftin qiyməti kəskin ucuzlaşsa, idxal-ixrac arasındakı balanslılıq mənfi istiqamətdə inkişaf etsə, o zaman manata qarşı təzyiq də yüksələcək. Belə hal baş verəcəyi təqdirdə hökumətin qərarından asılı olaraq növbəti devalvasiya addımı atıla bilər. Amma dediyim kimi hazırda narahatlığa səbəb yoxdur".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->