Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0487-dən 1.0482 AZN-ə düşüb.
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1644 AZN-dən 1.1749-ə qədər bahalaşıb.
Rusiya rublunun kursunda isə ucuzlaşma müşahidə edilib. Rublun dəyəri 0.0207-dən
0.0204 manata qədər azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info
Şərhlər