Dünya 18:24 17.09.2019

Donald Tramp: “Mən hələ ora getməyə hazır deyiləm...”

ABŞ Prezidenti Donald Tramp hələ ki, Şimali Koreyaya səfər etməyə hazır olmadığını bildirib.

Qaynarinfo KP.ru-ya istinadən bildirir ki, Prezident bu sözləri KXDR lideri Kim Çen İninin dəvətini dəyərləndirərkən deyib.

"Bu, yəqin ki, haçansa mümkün olacaq. Hər şey nələrin baş verəcəyindən asılıdır. Əminəm ki, o (Kim Çen İn) da ABŞ-a səfər etməkdən məmnun olacaq. Amma indi ikimizin də buna hazır olmadığını düşünürəm”, - Tramp qeyd edib. 

Xatırladaq ki, ABŞ və Şimali Koreya liderlərinin daim yazışdığı, ancaq bu yazışmaların gizli saxlandığı bildirilir.