Xəbər lenti

İdman 17:36 13.02.2018

"Dotasiyalar olmasa, "Formula-1"dən zərər edərik" - Nazir oğlu

"Dövlətin dotasiyaları olmasa, "Formula-1"in təşkilində maddi baxımdan zərər etmiş olarıq".

Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.

A.Rəhimov bildirib ki, bu cür treklər çox bahalıdır: "Gəlirin olmasını təmin etmək çox çətindir. Lakin bu yarışa sırf maddi qazanc prizmasından baxmamalıyıq. Digər məsələləri - insan resursları, brendin tanıtımı, mediadakı təbliğat və s. nəzərə alsaq, dövlət olaraq "Formula-1"in təşkilindən qazanclıyıq".

Qaynarinfo olaraq qeyd edək ki, Arif Rəhimov Gənclər və idman naziri Azad Rəhimovun oğludur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->