Ölkə 15:02 22.06.2019

Dörd ayda 668 vətəndaşımız əcnəbi ilə evlənib

2019-cu ilin yanvar-aprel ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən ölkədə 18273 nikah qeydə alınıb.

Qaynarinfo azvision-a istinadən xəbər verir ki, bu müddət ərzində 668 Azərbaycan vətəndaşı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub.

Onlardan 378-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 290-u isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində 366 Azərbaycan vətəndaşı olan qadın xarici ölkə vətəndaşı olan kişi ilə ailə həyatı qurub, həmçinin 311 Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında nikah bağlanılıb.