Xəbər lenti

Dördüncü dalğa gəlir:
Sağlamlıq 21:10 27.04.2021

Dördüncü dalğa gəlir: "Karantin sərtləşməlidir"

Azərbaycanda əhalinin 14 faizinin vaksin olunması yumşaldılmaların tətbiqi üçün kifayət deyil. Qapanmalar yəqin ki, davam edəcək. İndi ikili mutasiyaya məruz qalan Hindistan ştammı yayılıb, bu ştamm kifayət qədər yoluxucudur və xeyli insan da yoluxub. Hindistanda gündə 3000-ə yaxın ölüm halı qeydə alınır və bu da təhlükəli vəziyyətdir. Bununla bağlı karantin qaydaları nəinki yumşaldılmalı, əksinə, sərləşdirilməlidir.

Qaynarinfo xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, koronavirusa yoluxanların sayındakı azalma bizi qətiyyən sakitləşdirməməlidir:

"İkiqat mutasiyaya məruz qalan B.1.617 və B.1.618 ştammları yayılıb və bunlar həddən artıq təhlükəlidir. Bu, dördüncü dalğanın başlamasını istisna etmir. Hindistandaki gündəlik ölüm sayının bu həddə çatması bizi çox narahat edir. Bu onu göstərir ki, pandemiyanın yaxın zamanlarda bitmək ehtimalı yoxdur. Karantin qaydalarına ciddi riayət etməyə davam etməliyik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->