Xəbər lenti

Foto 09:17 30.08.2019

DSX: Ermənistan sərhəddə təxribat törədib (FOTOLAR)

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

2019-cu ilin 29 avqust tarixində saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulmuş, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalmışdır, hərbi qulluqçular arasında xəsarət alma halı olmamışdır.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->