Ölkə 15:58 06.07.2020

DTX Safura Əlizadənin də atasını həbs etdi (VİDEO)

Xəbər verdiyimiz kimi, DTX-nın Xarici İşlər Nazirliyində apardığı yoxlamalar zamanı nazirliyin bir neçə vəzifəlisi saxlanılıb.

Qaynarinfo AFN-ə istinadla xəbər verir ki, saxlanılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin qudası da var. S.Əlizadə həm də müğənni Safura Əlizadənin atasıdır.

DTX-nın açıqladığı məlumata görə, XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri işləyən Səlim Əlizadənin və nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadənin XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

"Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub” – deyə məlumatda bildirilir.