Xəbər lenti

DTX-nın həbs etdiyi şəxsin məhkəməsində hakim özü-özünə etiraz edib
Ölkə 16:15 25.06.2018

DTX-nın həbs etdiyi şəxsin məhkəməsində hakim özü-özünə etiraz edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Qaynarinfo report.az-a istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri - Eldar İsmayılov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.

Buna görə də hakim özü-özünə etiraz edib.

Məhkəmə etirazı təmin edib. Bundan sonra cinayət işi üzrə məhkəmə iclası hakim E.İsmayılovun iştirakı olmadan keçiriləcək.

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Ç.Murarov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->