DTX və Xarici Kəşfiyyat Xidmətinin maaşları artırıldı (SƏRƏNCAM)

DTX və Xarici Kəşfiyyat Xidmətinin maaşları artırıldı (SƏRƏNCAM)

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısı Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması haqqında da sərəncam imzalayıb. 

İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının da 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılması barədə sərəncam imzalayıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR