Ölkə 14:20 28.01.2022

Dünən vəfat edən hərbiçimiz dəfn olundu

Dünən Naxçıvanda vəfat edən hərbiçimiz İsmayıllı Eşqin Etibar oğlu dəfn olunub.

Qaynarinfo xəbər verir ki, Eşqin İsmayıllının nəşi bu gün Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindəki qəbirstanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Baş Prokurorluq Eşqin İsmayıllının ölümü ilə bağlı ötən gün məlumat yayıb. Bildirilib ki, "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.