Xəbər lenti

İdman 21:12 30.11.2021

Dünya çempionatı: Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı altıncı sınağında Monteneqro yığması ilə qarşılaşıb.

"Dalğa Arena”da oynanılan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 24-cü dəqiqədə Ayşən Əhmədova vurub.

Qeyd edək ki, hazırda Azərbaycan seçməsi 3 xalla sonuncu - 6-cı, Monteneqro isə 9 xalla 3-cüdür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?