Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası (FİDE) verib.
Sentyabrın 7-20-də Rumıniyanın Mamay şəhərində keçirilməli olan yarışı qeyri-müəyyən müddətə təxirə salınıb. Bu, yarışın startına ən azı 4 ay qalmış gerçəkləşməlidir.
Qeyd edək ki, yeniyetmələrin dünya çempionatı 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilir. Yarış indiki adını 1997-ci ildə alıb. Azərbaycan idmançıları da daim qatıldıqları mötəbər yarışda dəfələrlə mükafatçılar sırasına düşüb.
Şərhlər