Dünya 17:53 21.06.2021

Dünya səması get-getə Belarusun üzünə bağlanır - Daha 7 ölkə

AB-yə üzv olmayan yeddi dövlət İttifaqın Belarus aviadaşıyıcılarına səmasını bağlamaq qərarına qoşulub. 

Qaynarinfo xəbər verir ki, bu ölkələr əsasən Avropa Birliyinə namizəd ölkələrdir: Şimali Makedoniya, Çernoqoriya, Serbiya və Albaniya. Qərar, Avropa azad ticarət zonası İslandiya, Lixtenşteyn və Norveç tərəfindən də dəstəklənib.

Avropa Birliyi bu ölkələrin Belarusa oxşar məhdudiyyətlər tətbiq etmək qərarını alqışlayıb.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Çarlz Mişel AB-nin Belarusa qarşı dördüncü sanksiya paketinin tətbiq edildiyini təsdiqləmişdi. Siyahıya 86 fiziki və hüquqi şəxs daxil idi. Bu arada AB ilk dəfə Minskə qarşı iqtisadi sektor sanksiyaları qəbul etməyə hazırlaşır. Bu, yaxın günlərdə edilə bilər. 24-25 iyun tarixlərində keçiriləcək AB sammitində yeni tədbirlərə baxılacaq.
 
Alpər