Dünya şöhrətli amerikalı aktyor Kevin Speysi aktyor Antoni Rəppin iddialarına cavab verib.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Antoni Rəpp təxminən 30 il əvvəl baş verən hadisəni ictimaiyyətlə bölüşüb. Aktyor bildirib ki, 14 yaşı olan zaman 26 yaşlı Speysi içkili vəziyyətdə ona qarşı seksual məzmunlu hərəkətlər edib.
Bu açıqlamadan sonra Speysi "Twitter" hesabından açıqlamasını paylaşıb:
"Antoni Rəppə qarşı böyük hörmət və heyranlığım var. Bu hadisəni eşitmək dəhşətlidir. Bu təsadüfü xatırlamıram, artıq 30 il keçib. Lakin qeyd edildiyi kimi hərəkət etmişəmsə, içkili vəziyyətdəki uyğunsuz davranışıma görə üzr istəyirəm. Həmçinin bu illər ərzində bu hissləri özündə saxlamaq məcburiyyətində qaldığı üçün təəssüf edirəm.
Bu hadisə məni həyatımla bağlı faktları qeyd etməyim üçün cəsarətləndirdi. Bu günə qədər həyatımda həm kişilər, həm də qadınlarla şəxsi münasibətim olub və mən həyatımı gey olaraq davam etdirmək qərarına gəlmişəm."
Qeyd edək ki, Antoni Rəpp prodüser Harvey Veynsteynə qarşı irəli sürülən cinsi zorakılıq ittihamlarından sonra cəsarətləndiyini və bu barədə ictimaiyyətə məlumat vermək qərarına gəldiyini bildirib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər