Dünya şöhrətli rus rejissorun 16 yaşlı oğlu ona qorxulu anlar yaşatdı

Dünya şöhrətli rus rejissorun 16 yaşlı oğlu ona qorxulu anlar yaşatdı

Məşhur rus rejissoru Andrey Konçalovski 16 yaşlı oğlunun itməsi barədə polisə məlumat verib. 

Qaynarinfo REN TV-yə istinadla xəbər verir ki, rejissor oğlu Pyotr Mixalkovun yanvarın 18-də axşam 22 radələrində dostları ilə gəzintiyə çıxıb geri qayıtmadığını bildirib.

Konçalovski dərhal hüquq-mühafizə orqanlarına müraciət edib, o, bir neçə saat axtarılıb. Uşaq zənglərə cavab verməyib. Səhər Pyotr heç bir şey olmamış kimi, qonaq evini tərk edib və atasının qarşısına çıxıb. Gecəni dostları ilə keçirdiyini izah edib, sonra evə gəlib və valideynlərini narahat etməmək üçün onlara qayıtdığını bildirməyib.

Xatırladaq ki, 82 yaşlı Konçalovskinin beş arvaddan yeddi uşağı var. Pyotr Mixalkov onun Culiya Vsotskayadan olan övladıdır.

Alpər
XƏBƏRLƏR
BLOGLAR