Dünyaca məşhur reperin qəribə arzusu: “Azərbaycan ordusunda...” (VİDEO)

Dünyaca məşhur reperin qəribə arzusu: “Azərbaycan ordusunda...” (VİDEO)

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs dünya musiqisinin ən məşhur simalarından biridir. Azərbaycan əsilli qazax reper Ca Xalibdən danışırıq.

Ca Xalib (Jah Khalib) reper, müğənni, bitmeyker və prodüserdir. Əsl adı Bəxtiyar Məmmədov olan müğənni 1993-cü il sentyabrın 29-da Qazaxıstanın Almatı şəhərində doğulub. Atası Hüseyn Məmmədov azərbaycanlı, anası Lyazzat Məmmədova isə qazaxdır. Bəxtiyarın atasının Salyan rayonundan olduğu bildirilir.

Bəxtiyar uşaqlıq illərindən replə maraqlanıb, bu janrla məşğul olub. Həmin illərdə musiqi məktəbində saksofon üzrə təhsil alıb. Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının Musiqişünaslıq və menecmet fakültəsini bitirib.

Şöhrət zirvəsinə doğru

Müxtəlif dövrlərdə bitmeyker və saund-prodüser kimi Qazaxıstanın məşhur reper və musiqiçiləri ilə işləyib. Onların arasında "Introvert”, "PROXY”, "Santos”, "Antrax”, "Xirosima” və başqaları da daxil olmaqla bir çox məşhur sima olub.

Solo karyerasına başlayandan sonra özünə "Jah Khalib” səhnə təxəllüsünü götürüb. İddiasına görə, Xalib (Khalib) özünün uydurduğu addır, Ca (Jah) isə rastafarianizmdə Tanrının adıdır.

Məşhurluq zirvəsinə qalxmasına görə treklərini və bəstələrini paylaşdığı sosial şəbəkələrə borcludur. Əsasən rus dilində oxuyan və yaradıcılığını da bu dil üzərində quran Bəxtiyarın ilk trekləri arasında daha çox "Tvoi sonnıe qlaza”, "SnD”, "Sjiqaya dotla” və "Tı dlya menya” populyar olub.


Mükafatları

2016-cı ildə məşhur "Yesli çe, ya Baxa” adlı albomunu buraxıb. Bir il sonra "Leyla” kompozisiyasına klip çəkdirib.

2015-2016-cı illərdə "Forbes Qazaxıstan” jurnalının şou-biznes və idman ulduzları siyahısına daxil olub. 2017-ci ildə "MUZ” TV-nin "İlin yüksəlişi” nominasiyasında mükafatını alıb.

2018-ci ildə Moskvada "Mədinə” mahnısına görə,"Qızıl Qrammafon” mükafatını qazanıb.

Albomları

2019-cu ildə Ukraynanın paytaxtı Kiyevə köçən Bəxtiyar burada məşhur "Vıxod v svet” adlı albomu üzərində işləməyə başlayır. Həmin il oktyabrın 29-da albomu buraxmağa nail olur. Albom 14 trekdən ibarətdir. Reperin özü ilə yanaşı, "Kiyevstoner”, Oleq Qruz, "COSMOS Girls”, "Jamala”, "MARUV” və başqaları bu albomun ərsəyə gəlməsində iştirak ediblər.

Xalib yeni mahnılarındakı ("Po ldu”, "Koxayu”, "Sud idyot”, "Pismo materi”) sözlər eşq, insan münasibətləri kimi ənənəvi mövzulardan ibarətdir.

Sənətçi bunlardan başqa müxtəlif illərdə buraxdığı "KHALIBaniya duşi-EP” (2015), "Djazovıy qruv” (2016), "Vse çto mı lyubim (2016), "E.G.O” (2018) kimi albomların da müəllifidir.

"Jara” festivalları çərçivəsində bir neçə dəfə Bakıda geniş tamaşaçı auditoriyası qarşısında çıxan Ca Xalib dünyanın bütün ölkələrində pərəstişkar kütləsi olan sənətçidir. ABŞ, Kanada və Avropa ölkələrində solo konsertləri olan reperin həyatı demək olar ki, səfərlərdə keçir.

Kardaşyanın ögey bacısı

Hazırda Rusiyada fəaliyyət göstərən reper ötən il erməni əsilli model Kim Kardaşyanın ögey bacısı Kendal Cennerlə gündəmə gəlmişdi.

Azərbaycanda da kifayət qədər müzakirə mövzusu olan məsələ Bəxtiyarın Kendala öz klipində yer verməsi ilə əlaqədardı.

"Azərbaycan ordusunun sneyperi...”

Ca Xalib 2018-ci ildə də Azərbaycanda gündəmə gəlmişdi. Rusiyada məşhur "Gazlive” şousunun qonağı olan Xalib verliş zamanı Azərbaycan ordusunda xidmət etmək istədiyini bildirmişdi:

"Mənim məqsədim var, iki-üç ildən sonra hərbi xidmətə getmək istəyirəm. Azərbaycanda dostum var. O, xüsusi təyinatlıların hazırlanması ilə məşğuldur. Hər zaman mənə deyir ki, buraya gəl. Orduda snayper olmaq istərdim, çünki çox səbirliyəm”.

Mənbə: Teleqraf.com 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image