Dünyada “COVID-19”a yoluxanların sayı 62 milyonu ötdü

Dünyada “COVID-19”a yoluxanların sayı 62 milyonu ötdü

Dünyada yeni növ koronavirus ("COVID-19”) infeksiyasına yoluxanların sayı 62 milyonu ötüb. "Qafqazinfo” bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 62 573 422 nəfər koronavirusa yoluxub, 1 458 309 nəfər bu virusdan dünyasını dəyişib, 43 194 258 nəfər sağalıb.

Hazırda dünyada 17 920 855 aktiv koronavirus xəstəsi var ki, onlardan da 105 253-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR