Xəbər lenti

Dünyada HİV-dən sağalan ikinci insan özü haqda danışdı
İdman 17:00 10.03.2020

Dünyada HİV-dən sağalan ikinci insan özü haqda danışdı

Dünya mediasında HİV-dən tam sağalmış və tarixdə bu hadisə ilə qarşılaşan ikinci şəxs özü haqda məlumatlar verib. 

Qaynarinfo xəbər verir ki, Adam Kostillejo adlı ingilis insanların onu "seçilmiş" hesab etmələrini istəmədiyini bildirib.

2003-cü ildə HİV diaqnozu qoyulmuş bu adam 2016-cı ildə sümük iliyi kök hüceyrə nəqli əməliyyatı keçirib, onun donoru HİV-dən qoruyan CCR5 delta 32 mutasiyasına malik olib.  Transplantasiya başqa bir xəstəliklə bağlı olsa da, bunun xəstəni HİV-dən də müalicə etdiyinə inanılır. Antiretrovirus dərmanlardan imtina etdikdən iki il sonra da onun bədənində HİV virusu müşahidə edilməyib. 

Bəzi mütəxəssislər xəstənin tam müalicəsi barədə danışmağı erkən hesab etsələr də, onunla bağlı çox nikbin proqnozlar verilir. Bununla birlikdə, bir çox mütəxəssisə görə, sümük iliyi kök hüceyrə köçürülməsini çox mürəkkəb və risklidir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->