Dekabr ayında "Waymo" şirkəti dünyada ilk dəfə olaraq pilotsuz taksi xidmətinə başlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg saytı məlumat yayıb. Məlumata görə, şirkət yeni marka adı altında fəaliyyət göstərəcək, lakin şirkətin adı hələlik gizli saxlanılır.
"Waymo" şirkəti yayılan iddialarla bağlı sullara cavab verməkdən imtina edib.
Xidmətin hələlik test mərhələsində olacağı ehtimal edilir. Yaxın gələcəkdə isə şirkət istifadəçilər üçün yeni bir tətbiq hazırlamağı hədəfləyir.
Bildirilir ki, pilotsuz taksilər hələlik yalnız Arizona ştatının Foeniks bölgəsində test ediləcək və xidmət dairəsi 260 kv. kilometrdən artıq olmayacaq.
Şərhlər