Xəbər lenti

Sağlamlıq 09:13 06.08.2020

Dünyada koronavirusla bağlı son statistika

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 206 mindən çox artıb.

Qaynarinfo "TASS"a istinadən xəbər  verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 206 709 nəfər yeni koronavirusa yoluxub, 5 116 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 18 354 342, ölənlərin isə 696 147 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 841 842 yoluxma və 367 934 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 451 556, ölənlərin sayı isə 214 731 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 299 433 yoluxma və 48 569 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?