Xəbər lenti

Dünyada yeni kompüter virusu yayıldı: Artıq 500 min qurğuya hücum olub
Ölkə 23:05 23.05.2018

Dünyada yeni kompüter virusu yayıldı: Artıq 500 min qurğuya hücum olub

ABŞ-ın "Cisco Systems” telekommunikasiya şirkəti 50-dən çox ölkədə yarım milyona yaxın kompüterin yeni təhlükəli virusa yoluxduğu barədə xəbərdarlıq edib.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Şirkətin hesabatına görə, şərti olaraq "VPN Filter” adı verilmiş virus əsasən şəbəkə qurğularını, o cümlədən, modemləri, routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarır.

Zərərli proqram təminatı eyni zamanda saytlar haqqında məlumatları oğurlaya bilir.

54 ölkədə qeydə alınan "VPN Filfter” daha çox Ukraynada aktiv şəkildə yayılır.

Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə futbol üzrə Çempionlar Liqasının finalı ərəfəsində dövlət strukturlarına mümkün genişmiqyaslı kiberhücum haqda xəbərdarlıq etmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->