Dünyanın ən gənc ikinci yazıçısı ölü tapılıb. ANS PRESS-in məlumatına görə, "Kristal Qılınc" adlı fantastik romanı sayəsində 12 yaşında dünyanın ən gənc ikinci yazıçısı olaraq məşhurlaşan Eren Dəmirinin cəsədi yaşadığı evin bağçasında aşkarlanıb.
Hündür bir yerdən düşdüyü üçün öldüyü təxmin edilən gənc yazarın intihar edib-etmədiyi araşdırılır.
Liseyin son sinifində oxuyan Eren Dəmirinin 10-cü mərtəbənin balkonundan yıxıldığı ehtimal olunur. Cəsədin yanında parça-parça olmuş bir mobil telefon tapan polis gənc yazarın telefonla danışan zaman yıxıldığını təsbit edib. Bununla belə ölümün dəqiq səbəbini öyrənmək üçün onun cəsədi ekspertizaya göndərilib.
Eren Dəmirinin atası İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsində professor işləyən Turkay Dəmirdir. Anası Demet Dəmir isə psixiatr işləyir. Onların heç biri hadisə zamanı evdə olmayıblar.
Qeyd edək ki, Eren Demir 1998-ci ildə doğulub. Mədəniyyət Kollecinin İbtidai Təhsil Məktəbində oxuyan zaman yazdığı "Kristal Qılınc" adlı fantastik romanı sayəsində məşhurlaşan Eren Dəmirinin Türkiyənin müxtəlif uşaq jurnallarında yazıları dərc olunub.
Qaynar.info
Şərhlər