Təhlükəlilik və təhlükəsizlik baxımından dünya ölkələrinin reytinqi açıqlanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, İqtisadiyyat və Sülh İnstitutunun 2018-ci il üçün hesabatına görə dünyanın ən təhlükəli ölkələri sırasında ilk pillədə Suriya dayanır.
Ən təhlükəli ölkələr siyahısının ilk onluğu:
1. Suriya
2. Əfqanıstan
3. Cənubi Sudan
4. İraq
5. Somali
6. Yəmən
7. Liviya
8. Konqo
9. Mərkəzi Afrika Respublikası
10. Rusiya
Azərbaycan da təhlükəliliyin artdığı ölkələr siyahısındadır. Belə ki, ölkəmiz 132-ci pillədə olmaqla, Qafqazda Rusiyadan sonra ən təhlükəli ikinci ölkədir. Bu siyahıda Ermənistan 120-ci, Gürcüstan isə 102-ci, Türkiyə 149-cu, İran isə 131-ci yerdədir.
Hesabata əsasən dünyanın ən təhlükəsiz ölkəsi isə İslandiyadır.
Ən təhlükəsiz ölkələr siyahısının ilk onluğu:
1. İslandiya
2. Yeni Zellandiya
3. Avstriya
4. Portuqaliya
5. Danimarka
6. Kanada
7. Çexiya
8. Sinqapur
9. Yaponiya
10. İrlandiya
Hesabatın hazırlanmasında bir sıra faktorlar, o cümlədən cinayətkarlığı səviyyəsi, terror, münaqişələr, hərbləşmə və s. dəyərləndirilib.
Çingiz Səfərli
Şərhlər