Ekonomiks 12:35 10.01.2021

Dünyanın ən varlı adamının nə qədər pulu var?

Bir neçə gün əvvəl dünyanın ən zəngin insanı olan "Tesla” və "SpaceX” şirkətlərinin banisi İlon Maskın sərvəti 200 milyard dolları ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.

"Tesla" şirkətinin səhmlərinin artması sayəsində ilk pilləyə qalxan Maskın hazırda 209 milyard dollar sərvəti var.

Qeyd edək ki, 2017-ci ildən dünyanın ən varlı adamı "Amazon” şirkətinin rəhbəri Ceff Bezos idi. İlon Mask 188,5 milyard dollarla onu geridə qoymuşdu.