"Dünyanın ən varlı insanı" ünvanı əl dəyişdirdi

Amazonun sahibi Ceff Bezos dünyanın ən varlı insanı ünvanını itirib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onu yerini LVMH şirkətinin baş direktoru Bernard Arnaut tutub.

Buna səbəb Amazonun səhmlərinin 0,7 faiz ucuzlaşması və LVMH-ın hissələrinin isə 0,7 faiz bahalaşması olub. Belə ki, Bezosun şəxsi sərvəti 760 milyon dollar düşərək 115,6 milyon dollar səviyyəsinə enib. fransalı biznesmen Arnaultun şəxsi sərvəti isə 1,9 milyard dollar artaraq 117 milyarda çatıb.

"Louis Vuitton", "Christian Dior" kimi məşhur markaların sahibi olan Bernard Arnault varlılar siyahısının zirvəsinə uzun müddət sonra yerləşən ilk avropalı və fransız iş adamı olub. İllərdir bu ünvanlar amerikalı biznesmenlərin əlində idi. 

Qeyd edək ki, 70 yaşlı Arnaultun sahib olduğu şirkətlər arasında  "Gucci", "Yves Saint Laurent", "Alexander McQueen", "Stella McCartney", "Sergio Rossi", "Bottega Veneta", "Boucheron" kimi markalar var.
XƏBƏRLƏR
BLOGLAR