Son günlər Türkiyənin TRT kanalında Ramazan ayı ilə bağlı yayımlanan verilişlərin birində Quran oxuyan Mustafa Özyılmaz bir anda bütün sosial medianının fenomeninə çevrilib. Türkiyədə az rastlanan metroseksual, əzələli bədən quruluşuna sahib Mustafa Özyılmaz alışdığınız dindarlardan xeyli fərqlənir və təkcə görüntüsü ilə yox, həyat hekayəsi ilə də insanları özünə heyran etməyi bacarır.
Qaynarinfo xəbər verir ki, fenomen din xadimi 1984-cü ildə Samsunda doğulub. Yəni, hazırda 34 yaşı var. Quranı oxumağa hələ 6 yaşında başlayıb və 11 yaşında artıq din xadimi səviyyəsinə yüksələ bilib.
İmam Xətib məktəbini bitirdikdən sonra digər istedadının arxasınca gedib və "19 May" Universitetinin Bədən tərbiyəsi və idman müəllimi fakültəsinə daxil olub. 2007-ci ildə universiteti bitirib. Hələ tələbə vaxtından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışmağa başlayır. Şəxsi inkişafını və təhsilini artırmaq üçün işindən istefa verərək Misirə yollanıb və dünyanın ən yaxşı müəllimlərindən sayılan Əhməd Mustafa Kamildən qiraət dərsləri alıb.
Musiqiyə də həvəsi olan Mustafa İstanbula qayıtdıqdan sonra Üsküdar Musiqi Cəmiyyətində musiqi dərsləri də almağa başlayıb. Bunlarla yanaşı, əsas peşəsi olan bədən tərbiyəsi sahəsində də fərqli kolleclərdə 5 il ixtisasını artırıb. Müxtəlif idman sahələri üzrə bir sıra medalların sahibidir. 2002, 2007 və 2010-cu illərdə "Quranı Gözəl oxumaq üzrə Türkiyə birinciliyi”nin də təltifçisidir.
Bu arada yəqin ki, maraqlananlar olacaq. Onlar üçün deyək ki, evlidir, 1 oğlu var.
Haqqında deyilənlərə sərt reaksiya verən din xadiminin cavabını olduğu kimi təqdim edirik:
Şərhlər