Sənət 12:30 21.03.2015

Dünyanın ilk filmi yenidən çəkildi - Remeyk

Kinematoqrafın baniləri Lümyer qardaşlarının 120 illik filminin remeyki (yenidənçəkmə) lentə alınıb.

Axar.az "Vistanews.ru”ya istinadən xəbər verir ki, çəkilişlər Lümyer qardaşlarının vətəni Lionda baş tutub.

Xatırladaq ki, kinemotoqrafiyanın banisi Lümyer qardaşlarının ilk dəfə lentə aldığı və bütün dünyada ilk film olaraq tarixə düşən "İşçilərin fabrikdən çıxışı” filmi 1895-ci ildə Lionda çəkilib.

Çəkilən remeykin məqsədi filmin 120 illik yubileyini qeyd etməkdir. Sözügedən tədbir "Lümyerlər! Kinonun ixtiraçıları” adlanır.  Filmin təqdimatı martın 27-də Parisdə baş tutacaq və 14 iyunadək davam edəcək. 

Qaynar.info