Dünyaya səs salmış filmə Azərbaycanda qadağa - VİDEO
Azərbaycan kino izləyiciləri Rusiyada kəskin mübahisəyə səbəb olmuş “Leviafan” filminə baxa bilməyəcəklər.
“Qafqazinfo”nun məlumatına görə, Park Cinema kinoteatrlar şəbəkəsinin marketinq üzrə direktoru Musa Axundovun bildirdiyinə görə, yayım firması Azərbaycanda filmi kirayələrdən götürüb, bu barədə BBC məlumat verir.
Lakin 28 Cinema kinoteatrından bildiriblər ki, film yaxın gələcəkdə onların kinoteatrında nümayiş oluna bilər.
Kiçik əyalət şəhərinin sakini (Aleksey Serebryakov) ilə prinsipsiz mer (Roman Madyanov) arasında mübarizədən bəhs edən “Leviafan” artıq ən ünvanlı Rusiya kinofilmlərindən birinə çevrilib.
Andrey Zvyagintsevin sosial dramı müasir Rusiya həqiqətlərinin bütöv bir problemlər təbəqəsinin: sadə insanlara göz verib işıq verməyən korrupsiya və məmur özbaşınalığının üstünü açır.
“Leviafan” artıq ən yaxşı ssenariyə görə Kann Kinofestivalının mükafatına və “2014-cü ilin ən yaxşı xarici filmi” nominasiyasında Amerikanın “Qızıl qlobus” mükafatına layiq görülüb.
Film həmçinin “Oskar” mükafatına təqdim edilib.
Rusiyada film fevralın 5-də kirayəyə çıxıb və dərhal Kremlin narazılığına səbəb olub. Nəticədə Rusiyanın bir çox şəhərlərində və regionlarında filmin nümayişi qadağan edilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər