Ölkə 10:02 24.10.2020

Düşmənin zərbə PUA-sı zərərsizləşdirildi

Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.