Ölkə 16:01 15.07.2019

Dövlət Sərhəd Xidməti "Keşikçi dağ"la bağlı məlumat yaydı

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb. 

Qaynarinfo xəbər verir ki, məlumatda deyilir: 

"14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keşikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­mişdir".