Dövlət Xidmətinin əməkdaşı 33 yaşında vəfat etdi

Dövlət Xidmətinin əməkdaşı 33 yaşında vəfat etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı Cəfər Səmədli vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun rəsmi "Facebook" hesabında məlumat yayılıb.

Bildirilib ki, C.Səmədli uzun sürən xəstəlikdən sonra 33 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 2013-cü ildən etibarən Xidmətdə çalışıb. Əvvəlcə Xidmətin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin, 2019-cu ilin dekabr ayından etibarən isə Xidmətin Bakı Şəhər İdarəsində baş məsləhətçi-baş əmək müfəttişi işləyib.

Allah rəhmət eləsin!

X
XƏBƏRLƏR
BLOGLAR