Koronavirus pandemiyasının iqtisadi təsirləri səbəbindən Böyük Britaniyanın EasyJet aviasiya şirkəti də işçi ixtisarına gedir.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Cohan Lendqrin açıqlama verib. Bildirib ki, sərnişin azlığı səbəbindən işçilərin 30 faizini, yəni təxminən 4500 nəfəri işdən çaxarmağı planlaşdırırlar.
"Hazırda çətin bir mərhələdən keçdiyimizin fərqindəsiniz. İnsanların həyatına təsir edəcək son dərəcə çətin qərarlar vermək məcburiyyətindəyik. Uzunmüddətli mümkün olsa, məşğulluğu qorumağa çalışacağıq", - deyə o bildirib.
Camal
Şərhlər