Dünya 15:45 08.07.2020

Çeçenlərin bəxti açıldı: Kadırov toy ziyafətlərinə icazə verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus pandemiyasının başlamasından bəri bölgədə yasaq edilmiş ziyafət salonlarının bərpa edilməsini əmr edib.

"(Açılışa icazə verildi) sosial məsafənin ölçülərinə uyğun olaraq", - Qaynarinfo xəbər verir ki, bu sözlər Kadırovun açıqlamasında yer alıb, o, əlavə edib ki, salonlar yarıyacan dola bilər, bunu üçün masa və oturacaqların sayı iki dəfə azaldılmalıdır.

Bölgə başçısı Çeçenistanda koronavirusla bağlı müsbət bir tendensiyanın olduğunu da qeyd edib. Belə ki, ötən gün ərzində cəmi 9 yeni yoluxma hadisəsi aşkarlanıb, ümumilikdə 550 nəfər müalicə altındadır.
 
Alpər