Əfqanıstanda məsciddə 63 nəfərin həyatını itirdiyi terrorun kadrları (VİDEO)

Əfqanıstanda məsciddə 63 nəfərin həyatını itirdiyi terrorun kadrları (VİDEO)

Oktyabrın 15-də Əfqanıstanın Qəndəhar şəhərindəki məsciddə baş verən dəhşətli partlayışın və gülləbaranın görüntüləri yayılıb. 

Qaynarinfo xəbər verir ki, təqdim olunan kadrlardan aydın görünür ki, terror aktını əvvəl məscidin mühafizəçilərinə atəş açan üç terrorçu həyata keçirib.

Görüntülərdə məscidin silahlı mühafizəçilərindən birinin binaya daxil olaraq özünə mövqe tutmağa çalışdığı əks olunub.  

Onun arxasınca məscidə daxil olan üç intiharçı isə özlərini partladaraq planlaşdırdıqları terror aktını həyata keçiriblər.

Xatırladaq ki, Əfqanıstanda intiharçı terrorçunun cümə namazı zamanı özünü partlatması nəticəsində 63 nəfər həyatını itirib, 80 nəfərdən çox insan xəsarət alıb.
XƏBƏRLƏR
BLOGLAR
X