Dünya boksunun əfsanəsi Məhəmməd Əlinin qızı May May Əli atasının ölüm yatağında olduğu ilə bağlı deyilənlərin yalan olduğunu bildirib.
Qaynar.info-nun məlumatına görə, bəzi ingilis qəzetlərinin Məhəmməd Əlinin qardaşına istinadən verdikləri xəbərlərin doğru olmadığını deyən May May Əli atasının səhhəti ilə bağlı tez-tez ortaya atılan bu cür iddiaların həqiqəti əks etdirmədiyini söyləyib.
Boksçunun qızı dünən səhər atası ilə telefonla danışdığını və Arizonadakı evində "Baltimor Ravens" forması ilə Amerika Futbol Çempionatı "Super Bowl"a tamaşa etdiyini deyib.
Qeyd edək ki, bütün dövlərin ən yaxşı boksçusu olan Məhəmməd Əli ötən ay 71 yaşını qeyd etmişdi.
Qaynar.info
Şərhlər