Mərkəzi Bankın əmanətlərlə bağlı statistikası göstərir ki, əhali pullarını banklara etibar etməkdən çəkinir.
EkoNews xəbər verir ki, bu ilin əvvəlindən indiyədək banklarda əmanətlər təqribən 2 milyard manat azalıb. Bu göstərici həm milli valyuta, həm də xarici valyuta ilə olan əmanətlərə aiddir.
Bununla bağlı EkoNews-a danışan iqtisadçı alim Vüqar Bayramov bunun 3 səbəbdən olduğunu deyib. Ekspert ilk səbəb kimi aprel və avqust aylarında manatla bağlı yaranan qeyri-müəyyənliyi göstərib:
"Əmanətlərin azalmasını biz aprel və avqust aylarında olduğunu görürük. Bu da əhalidə milli valyutayla bağlı yaranmış çaşqınlığdan irəli gəlir. İnsanlar dollara daha çox güvənir və əmanətlərini ABŞ dollarına çevrirlər".
Vüqar Bayramov ikinci səbəb kimi bankların yüksək həcmdə əmanətlərdə maraqlı olmamasını göstərib:
"Banklar yüksək əmanətlərin qəbulunda maraqlı deyillər. Çünki əmanətlərlə bağlı öhdəlikləri yaranır. Onlar əmanətləri kreditlərə çevirirlər və bundan gəlir əldə edirlər. Lakin kredit portfelinin aşağı düşməsi banklarda problemlərə gətirib çıxardır. Hazırda bankların kredit portfeli 2.1 milyard manatdır”.
Ekspert əsas məqamın kimi banklara olan inamın olduğunu bildirib:
"Banklar özləri insanlarda inam yaratmaq üçün nələrsə etməldirlər. Dolların kəskin bahalaşdığı bir dövrdə Azərbaycanda devalivasiya baş verdi və bağlanan banklar oldu. Bu da insanlarda banklara inamı azaldıb. Əmanətlərini evlərində saxlayan insanlar var”.
Şərhlər