Xəbər lenti

Əhəd Abıyevdən əməliyyat təkzibi
Ölkə 18:25 06.01.2013

Əhəd Abıyevdən əməliyyat təkzibi

Bu gün media sabiq millət vəkili, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin xarici ölkələrdən birində gözündən əməliyyat olunması ilə bağlı məlumat yayıb.

 Musavat.com-la əlaqə saxlayan Əhəd Abıyev isə bu xəbərin həqiqətə uyğun olmadığını və hazırda Daşkəsən rayonunda, iş başında olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyat olunmayıb və səhhətində heç bir problem yoxdur.

___________

11:35

Sabiq millət vəkili, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ağır əməliyyat keçirib. İcra başçısı gözündən əməliyyat olunub.

Bu barədə Publika.az-ın əməkdaşı ilə söhbətində Əhəd Abıyev özü məlumat verib. Onun sözlərinə görə, son vaxtlar sol gözündə yaranmış problem üzündən görmə qabiliyyəti zəifləyib. Bu səbəbdən də Əhəd Abıyev xarici ölkələrin birində sol gözündən əməliyyat olunub:


“Hazırda Azərbaycanda deyiləm. Sol gözümdən əməliyyat olunmuşam. Məni çox narahat edirdi. Ona görə də, əməliyyat olunmaq qərarına gəldim. Çox şükür ki, əməliyyat uğurla keçdi. Həkimlər gözümün sarğısını açdılar və indi daha yaxşı görə bilirəm. İnşallah, yaxın günlərdə Azərbaycana qayıdacam”.

Əhəd Abıyev onu da bildirib ki, gözü ilə bağlı narahatlıq son bir ayda daha da kəskinləşdiyi üçün əməliyyata gedib:

“Məndə əvvəllər belə bir problem yox idi. Nə idisə, qəflətən başladı. İndi yaxşıyam. Gözümün sarğısı açılana kimi çox narahat idim. Artıq hər şey geridə qalıb”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->